4.03.2011

Britaniyada yeni media qiqant…

AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, Britaniya hökuməti ölkə mətbuatını kökündən dəyişdirə biləcək media baron Rupert Murdoch tərəfindən planlaşdırılmış sazişin təsdiqlənəcəyini bəyan edib.
Sazişə görə peyk yayım şirkəti British Sky Broadcasting cənab Murdoch-a məxsus “News Corporation” nəzarəti altına keçməlidir.Bu əməliyyatın dəyəri təqribən 12 milyard dollar təşkil edir. Nəticədə təsis edilən media nəhəngin gəlirləri hətta BBC-nin büdcəsini üstələmiş olacaq. Britaniya hökuməti birləşmənin şərtlərini açıqlayıb.
Redaksiya müstəqilliyini təmin etmək məqsədi ilə “Sky News” şirkətinin xəbər əməliyyatlarının ayrıca aparılması tələb olunur.