Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş «Birlik kuboku»nun qalibi adını Azərbaycan təmsilçisi «İnter» qazanıb. Bu gün Peterburqski İdman Konsert Kompleksinə keçirilən final oyununda «İnter» Belarusun «Şaxtyor» klubu ilə üz-üzə gəlib. AgahMedia.Com portalının AFFA –nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın əsas və ümumilikdə 20 dəqiqədən ibarət əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığından, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən «İnter» 6:5 hesabı ilə qalib gələrək «Birlik kuboku»nun qalibi adını qazanıb.