6.12.2010

Röya Tarkanla oxuyacaq

Türkiyənin "meqa star"ı Tarkan və Azərbaycan gənclərinin sevimlisi hesab olunan Röya Ayxan birgə layihəyə imza atırlar. AgahMedia.Com portalının "SƏS" İnformasiya Agentliyinə istinadən məlumatına görə, bu barədə Röyanın prodüseri Kənan Bayramov məlumat verib. Onun sözlərinə görə, konsertin Bakıda və İstanbulda baş tutması gözlənilir. Bunun üçün Röyanın prodüseri Kənan Türkiyədə yollanacaq. Orada Tarkanın meneceri ilə görüşüb, konsertin keçirilmə tarixinin dəqiqləşdirəcəklər. Kənan əlavə edib ki, ilkin danışıqlar müsbət nəticə verib. O, konsertin təxminən gələn ilin ilk aylarına planlaşdırıldığını deyib.