14.12.2010

Parasetamolla ehtiyatlı olun!

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə,Vellingtondakı Otago Universitetinin bir qrup alimi, 1500 körpə üzərində təcrübə aprıb və hərarət azaldıcı və ağrıkəsici kimi istifadə olunan parasetamol tərkibli dərmanların bir-iki aylıq körpələrə verilməsinin, gələcəkdə allergiya və asma riskini artdığını müşahidə edib.
İstifadəsi çox yayılan 120-yə qədər dərmanın parasetamol tərkibli olduğuna diqqəti yönəldən tədqiqatçılardan biri Culian Kreyn, hələ 15 ayı tamam olmamış körpələrə bu cür dərmanların verilməsinin, bu körpələrin gələcək yaşlarda allergenlərə həssaslıq göstərmə ehtimalını 3 dəfə, asma riskini isə 2 dəfə artırdığını söyləyib.
Xatırladaq ki, 2008-ci ildə aparılan digər bir tədqiqat da tərkibində sözügedən maddə olan dərmanların istifadəsinin asma, allergiya və az miqdarda da olsa ekzema təhlükəsini artırdığını göstərmişdi.