"Avroatlantik və Avrasiyada mövcud olan münaqişələr ümidsiz münaqişələr siyahısına daxil olmamalıdır."
AgahMedia.Com portalının "SƏS" agentliyinə istinadən məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) prezidenti Herman van Rompey ATƏT-in Astana sammiti zamanı çıxışında bildirib. O, qeyd edib ki, münaqişlərin həlli Aİ-nin əsas prioritetidir.Aİ-nin prezidenti təmsil etdiyi qurumun qarşısında duran əsas üç vəzifədən danışıb: “Birincisi, Dnestryanı hadislərin həlli üçün rəsmi danışıqlara başlamaq, ikincisi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, üçüncüsü isə ATƏT-in Gürcüstanla bağlı danışıqlarda əsas tərəf kimi iştirakıdır”.Eyni zamanda Herman van Rompey Aİ-nın ATƏT-ə üzv olan ölkələri arasında kütləvi qırğın silahların satışını tərəfdarı olmadığını vurğulayıb. Çıxışının sonunda o, sammitdə iştirak edən nümayəndələrə Aİ-nın bütün münaqişələrin həllində gücün istifadəsinə qarşı olduğunu deyib.