Dünyanın ən zəngin ölkələrinin siyahısı yenilənib. 
10 ən varlı ölkəni maliyyə və iqtisadi araşdırmaları ilə məşhur olan "Daily Finance" seçib. AgahMedia.Com portalının "ANS PRESS"-ə istinadən məlumatına görə, Siyahıda Dünya Bankının, CİA və UNESCO-nun məlumatlarından istifadə edilib. Siyahının tərtib edilməsində adam başına düşən gəlir, əhalinin oxuma-yazma səviyyəsi, işsizlik faizi, təhsilə xərclənən vəsait nəzərə alınıb. Siyahı belədir:
Lüksemburq
Adambaşına düşən milli gəlir - 58,810 dollar
Oxuma-yazma səviyyəsi - 99 %
İşsizlik - 4,8 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 3,7 %
Norveç
Adambaşına düşən milli gəlir - 55,190 dollar
Oxuma-yazma səviyyəsi - 100 %
İşsizlik - 1,7 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 6,7 %
Küveyt
Adambaşına düşən milli gəlir - 53,390 dollar
Oxuma-yazma səviyyəsi - 94 %
İşsizlik - 1,3 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 3,8 %
Macau (Çin)
Adambaşına düşən milli gəlir - 52,410 dollar
Oxuma-yazma səviyyəsi - 93 %
İşsizlik - 3 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 2,2 %
Bruney 
Adambaşına düşən milli gəlir - 50,920 dollar
Oxuma-yazma səviyyəsi - 95 %
İşsizlik - 3,7 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 3,7 %
Sinqapur
Adambaşına düşən milli gəlir - 50,780 dollar
Oxuma-yazma səviyyəsi - 95 %
İşsizlik - 3,95 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 2,2 %
ABŞ
Adambaşına düşən milli gəlir - 46,760 dollar
Oxuma-yazma səviyyəsi - 99 %
İşsizlik - 9,6 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 5,6 %
Honk-Konq
Adambaşına düşən milli gəlir - 44,090 dollar
Oxuma-yazma səviyyəsi - 94,6 %
İşsizlik - 3,6 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 3,3 %
İsveçrə
Adambaşına düşən milli gəlir - 43,440 dollar
Oxuma-yazma səviyyəsi - 99 %
İşsizlik - 4 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 5,3 %
Hollandiya
Adambaşına düşən milli gəlir - 40,940 dollar
Oxuma-yazma səviyyəsi - 99 %
İşsizlik - 3 % 
Ümumdaxili hasilatdan təhsilə düşən pay - 5,5 %