Bütün bu ərzaqlar döş vəzinin xərçənginə tutulmaq riskini azaldır.
AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Birləşmiş Ştatların Miriam xəstəxanasının pəhriz üzrə baş tədqiqatçısı və Braun Universitetinin professor köməkşisi Doktor Meri Flin bu fikrin elmi cəhətdən sübut olunduğunu deyir.

Onun sözlərinə görə təbii zeytun yağı , pendir, kalorili meyvə və tərəvəzlər, bütün dənli bitkilər xərçəngin yaranma riskini azaldır. Adamlar gündəlik lazımi kalorini keçməmək şərti ilə həmin ərzaqlardan əminliklə istifadə edə bilər. Hər kəs dadlı, tamlı, faydalı yeməklər yeyə bilər, amma qədərində. Xatırladaq ki, sözügedən ərzaqlardan mütəmadi istifadə edənlər kökəlmirlər. Bu da xərçəngə tutulmaq ehtimalını dəfələrlə azaldır.