1.10.2010

İstanbulda Qara Dəniz Enerji və İqtisadiyyat Forumu işə başladı

Dünən İstanbulda ABŞ-ın Atlantika Şurasının təşkilatçılığı ilə ıı Qara Dəniz Enerji və İqtisadiyyat Forumu işə başlayıb.
AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə , Forum çərçivəsində Natiq Əliyevin çıxışında Qara dəniz regionunda enerji təhlükəsizliyi məsələləri öz əksini tapıb. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərlərinin, həmçinin AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin bu regionu da əhatə etdiyini bildirən nazir qeyd edib ki, sözügedən layihələrin Qara dəniz hövzəsində enerji təhlükəsizliyini təmin edilməsində rolu böyükdür.