18.10.2010

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 11 milyard dolları keçdi

AgahMedia.Com portalının "ANS PRESS"-ə istinadən məlumatına görə, bu ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 20,2 milyard dolları keçib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 9 ayda Azərbaycan dünyanın 140-a qədər ölkəsi ilə ticarət əməliyyatı aparıb. Yanvar-sentyabr aylarında Azərbaycandan xaricə göndərilən məhsulların həcmi 15 milyard 667 milyon dollar təşkil edib. Xaricdən Azərbaycana gətirilən malların həcmi isə 4 milyard 544 milyon dollar olub. Bununla da xarici ticarətdə müsbət saldo 11 milyard dolları keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi 56 faiz, idxalın həcmi isə 3,8 faiz artıb. Xarici ticarətdə müsbət saldonun artımı 2 dəfədən çox olub. İxrac strukturunda neft və neft məhsullarının payı hələ də yüksək olaraq qalır. Bu göstərici 9 ayda 86,6 faiz təşkil edib. Qeyri-neft sektorunun ixracda payı isə 13,4 faiz olub.