14.10.2010

Azərbaycan Beynəlxalq Kino Festivalda iştirak edəcək


Noyabrın 1-dən 5-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək "Bilik aləmi" Beynəlxalq Film Festivalında Azərbaycan da təmsil olunacaq. AgahMedia.Com portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə, müxtəlif ölkələrin qatılacağı festivalda Azərbaycandan iki film - "Təxəllüsü Mixaylo" və "Azərbaycan xalçası" nümayiş olunacaq. "Təxəllüsü Mixaylo" "Salnamə" kinostudiyasında, "Azərbaycan xalçası" isə "Yaddaş" studiyasında istehsal olunub. "Təxəllüsü Mixaylo" filminin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Tahir Əliyev, "Azərbaycan xalçası" filminin ssenari müəllifi Aydın Talıbzadə, rejissoru Şamil Əliyevdir.