2010-cu il avqust ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 6892,0 mln. manat təşkil etmişdir.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artmışdır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,2010-cu il avqustun 1-nə olan pul kütləsinin 4811,4 mln. manatı nağd pul vəsaitlərinin, 945,1 mln. manatı tələb edilənədək vəsaitlərin, 1135,5 mln. manatı isə müddətli depozitlərin payına düşüb.