“Parlament seçkilərində bütün namizədlərə təşviqat aparmaq üçün lazımi şərait yaradılacaq”. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov belə bir açıqlama ilə çıxış edib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, MSK sədri bildirib ki, namizədlər yalnız onlar üçün ayrılan ünvanlarda təşviqat aparmalıdır: “Hər bir dairənin ərazisində namizədlərin öz seçiciləri ilə görüşləri üçün, həmçinin onların seçki qabağı platformalarının seçicilərin diqqətlərini cəlb etməsi üçün həm açıq havada, həm də qapalı binalarda ünvanlar müəyyənləşdirilib. Əvvəlcədən o dairələrdə ünvanlar açılacaq. Bütün namizədlər sözügedən tədbirləri ancaq o ünvanlarda həyata keçirə biləcəklər. Qalan məsələlərə bunun dəxli yoxdur”.