“Azərbaycan Beynəlxalq Universitetinin (ABU) bağlanması ilə bağlı Təhsil Nazirliyinin qərarı artıq ictimaiyyətə bəllidir”. AgahMedia.Com portalının "SƏS" informasiya agentliyinə istinadən məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.Misir Mərdanov bildirib ki, tələbələrin taleyi ilə bağlı heç kim narahat olmasın. “Sentyabrın 15- nə kimi bu universitetdə qanuni yolla təhsil alan hər bir tələbə müvafiq özəl ali məktəblərə köçürüləcək. ABU-da qanunsuz təhsil alan tələbələrin təhsilinə isə biz cavabdeh deyilik”- deyə əlavə edib.Təhsil naziri onu da qeyd edib ki, həmin universitetdə çalışan müəllimlərlə bağlı isə elə bir ciddi problem olmayacaq, çünki orada çalışan müəlimlərin əksəriyyəti kənardan dəvət olunanlandır.