İranın müxalifət lideri Mirhüseyn Musəvinin internet səhifəsində təhlükəsizlik qüvvələrinin onun ofisinə reyd təşkil edildiyi bildirilib.AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, iranlı casuslar ofisə dünən axşam daxil olublar və kompyuterlərlə cənab Musəviyə aid əşyaları götürüblər. Bəyanatda bu hal təzyiqlərin və məhdudiyyətlərin yeni dalğasının başlanğıcı kimi təsvir edilir.