Muğənni İradə İbrahimovanın repertuarında yer alan “Bu aralar” mahnısına Türkiyədə klip çəkilib. AgahMedia.Com portalının "SƏS" informasiya agentliyinə istinadən məlumatına görə, sənətçinin mətbuat əlaqələndiricisi bildirib ki, klipin rejissoru türkiyəli Tamer Aydoğdudur. Mahnının musiqisi Minayə xanıma, sözləri isə Günel Sərdarqızına məxsusdur. Maraqlı kadrları özündə əks etdirən klip kinoplyonkaya çəkilib.Mətbuat katibi bildirib ki, hazırda Türkiyədə olan müğənni klipinin təqdimatı məqsədi ilə Bakıya səfər edəcək. Təqdimat mərasiminin yaxın 2 həftəyə keçirilməsi planlaşdırılıb.