AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Zoltan Lendvai doğma Rediks qəsəbəsində yeni fəndlər üzərində işləyir. Macarıstan katolik kilsəsinin keşişi skeytbord məharitəni nümayiş etdirməklə gənclərin dinə marağını oyatmağa çalışır. Youtube səhifəsində skeytbordçu keşişin videosu 170 min klik cəlb edib.Əynində uzun keşiş libasları olan Zoltan Lendvai deyir ki, onu müqəddəs John Bosconun misalı ilhamlandırıb. 19-cu əsrdə yaşayan rahib və müəllim yoxsul gənclərin maarifləndirməsində oyun elementlərindən geniş istifadə edib. "Mən çox vaxt hiss edirəm ki, bu üsulla allah kəlamını daha çox gəncə çatdıra bilərəm", - deyir Zoltan Lendvai.Skeytborda ilk dəfə 14 yaşında duran Lendvai məharitini indidə Sloveniya ilə həmsərhəd doğma Rediks qəsəbəsində inkişaf etdirir. Skeytbord fəndlərindən "heyrətə gələn" azı 3 nəfər gənc müntəzəm olaraq kilsəyə baş çəkməyə başlayıb, deyir Zoltan Lendvai.
