AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin NATO təlimləri dövründə Ermənistanla qapalı sərhədini müvəqqəti olaraq açmayacağını bildirib. Bundan əvvəl verilən bəyanatlarda həmin məsələnin müzakirə edildiyi bildirilirdi. "Bu təlimlərin məqsədi humanitardır və fövqəladə hallarda atılan addımlara aiddir. NATO üzvü kimi əlbəttə Türkiyə bunlarda iştirak edəcək. Bundan əvvəl də Azərbaycan mətbuatına dediyim kimi, sərhədin hətta müvəqqəti açılmasından belə söhbət gedə bilməz. Lazımsız şayiələrdən yan qaçmaq lazımdır."
Qeyd edək ki, "Ermənistan 2010" adlı təlimlər sentyabrın 11-17-də keçiriləcək.