20.07.2010

“Facebook” uşaqları qorumaq üçün yeni mexanizm tətbiq edəcək

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Facebook sosial şəbəkə saytı Britaniyada uşaq və yeniyetmələrin təhlükəsizliyini yaxşılaşdırmaq üçün xüsusi mexanizm yaratmağa razı olub.
 Uzun müddət idi ki, kampaniya aparanlar gənclərin mühafizəsini tələb edirdilər. Ələxüsus, özünü yeniyetmə kimi təqdim edən bir şəxs 17 yaşlı qızı zorlayıb qətlə yetirəndən sonra Facebooka qarşı çağırışılar güclənmişdi. Həmin kişi qızla məhz bu sayt vasitəsilə tanış olmuşdu. Uşaqların İstismarı və İnternetdə Mühafizəsi Mərkəzi bildirib ki, Facebook saytında yeni applikasiya yerləşdiriləcək. Bu gənclərə şübhəli və yersiz seksual davranış barədə təşkilata dərhal xəbər vermək imkanı verəcək. Bu applikasiya 13-18 yaşlılar üçün nəzərdə tutulub.