AgahMedia.Com portalının İctimai TV -yə istinadən məlumatına görə,  ölkədə internet xidmətlərinin yayılma səviyyəsi də əhalinin ümumi sayının 44,4%-ni təşkil edir. Ekspertlər bildirir ki, Azərbaycan bu sahədə böyük uğurlar qazanıb, lakin informasiya-kommunikasiya texnologiyaları sahəsində hələ də infrastruktur və telekommunikasiyanın tənzimləməsi ilə bağlı problemlər var. Bununla yanaşı, Asiya regionunun 15 inkişaf edən ölkəsində informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı proqnozlaşdırılır ki, Azərbaycanın da adı bu siyahıda çəkilir. 
