AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Avropa İttifaqı ilə Azərbaycan arasında assosiativ sazişin imzalanması ilə bağlı danışıqların birinci mərhələsi iyulun ortalarında Bakıda keçiriləcək.
Bu haqda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi xəbər verib. O, qeyd edib ki, bu, siyasi, iqtisadi, sosial sahələrdə iki tərəf arasında əməkdaşlığı yeni səviyyəyə çıxara bilər. Azərbaycan rəsmiləri ilə görüşlər zamanı Aİ rəsmisi qarşıdan gələn parlament seçkilərinə toxunub.
P. Semnebi hazırkı mərhələdə KİV-dən istifadə edilməsi və ictimai aksiyaların keçirilməsi, seçki kampaniyası başlanandan sonra isə namizədlərin qeydiyyatı, daxil olan şikayətlərin araşdırılmasının və digər . məsələlərin çox önəmli olduğunu bildirib. O, görüşlərdə həbsdə olan jurnalist Eynulla Fətullayev və bloqgerlərlə bağlı müzakirələr apardığını da qeyd edib. Həbsxanada olan bloqger Adnan Hacızadə ilə görüşdüyünü bildirən P. Semnebi görüş üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıq edib.