19.06.2010

“DəmirBank”-ın kredit portfelinin həcmi 200 mln. manatı keçdi

DəmirBank-ın aktivləri 1 iyun 2010-cu il tarixinə 282,9 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 70,5 mln. manat və ya 33,2% çoxdur.
Bankın kredit portfelinin həcmi isə il ərzində 40,8 mln. manat artaraq 200 mln. manatı keçib. AgahMedia.Com portalının adıçəkilən banka istinadən məlumatına görə, Bankda müştəri depozitlərinin həcmi 1 iyun 2010-cu il tarixinə 103,9 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi 1 iyun 2010-cu il tarixinə 81,2 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 70,2% və ya 33,5 mln. manat çoxdur.Bankın nizamnamə kapitalı 1 iyun 2010-cu il tarixinə 19 mln. manat, məcmu kapitalı isə 47,8 mln. manat təşkil edib.Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.