10.05.2010

Kredit qoyuluşları artıb

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il aprel ayının 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8485,2 mln. manat təşkil etmişdir.
Kreditlərin 28,3%-i və ya 2401,9 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1843,2 mln. manat (21,7%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 438,8 mln. manatı (5,2%), sənaye və istehsalın payına isə 597,0 mln. manatı (7,0%) düşüb.Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1508,2 mln. manatı və ya 17,8%-i, kənd təsərrüfatı və emalına 387,2 mln. manatı və ya 4,6%-i, inşaat və əmlak sahəsinə 562,4 mln. manat (6,6%), digər sahələrə isə 53,2 mln. manatı və ya 0,6%-i yönəldilib.