27.04.2010
Azərbaycan “COTTEM” turizm sərgisində təmsil olunacaq
Aprelin 28-dən 30-dək Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “COTTEM” turizm sərgisi keçiriləcək. AgahMedia.Com portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə, Azərbaycanı bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıcov, Azərbaycan Turizm Assosiasiyasının, eyni zamanda "GEO Travel" və "N Travel" turizm şirkətlərinin nümayəndələri təmsil edəcək. Məlumat üçün bildirək ki, Azərbaycan “COTTEM” turizm sərgisinə ilk dəfə qatılır.